10 dekabr 2023 at 09:57
Jurnalist kodu: 5487
Xəbər kodu: 85317339
T T
0 Persons

Tags

Sionistlərin 72faizi Netanyahunun istefasını istəyir

10 dekabr 2023 at 09:57
Xəbər kodu: 85317339
Sionistlərin 72faizi Netanyahunun istefasını istəyir

Tehran - İRNA - İbranidilli medialardan biri bildirib ki, sorğuya əsasən, sionistlərin 72 faizi baş nazir Benyamin Netanyahunun istefasını istəyir.

İRNA-nın bazar günü səhər saatlarında Misirin “Əl-Ğəd” televiziya kanalına istinadən verdiyi məlumata görə, sionist rejimin 13-cü telekanalı bildirib ki, sorğunun nəticələrinə əsasən, sionist cəmiyyətin 72faizi Netanyahunun istefasını istəyir.

Bu sorğuya görə, 31faizi  dərhal istefa, 41 faizi isə müharibə bitdikdən sonra Netanyahunun istefasını istəyib.

Bu barədə daha əvvəl “Walla News” məlumat yaymışdı ki, sorğulara əsasən, erkən seçkilər keçirilərsə, Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim Likud partiyası 18 mandat qazanacaq. Halbuki, son sorğuda bu partiya 20 mandat qazanır. Digər tərəfdən, Milli Düşərgə adlı koalisiya 38 yer qazanacaq.

Sionist rejimin Fələstin müqaviməti qarşısında məğlubiyyətindən sonra işğal olunmuş ərazilərin sakinlərinin Netanyahu və onun kabinetinə qarşı nifrətləri artıb.

Daha əvvəl Reuters xəbər vermişdi: “İsraillilər HƏMAS-ın hücumunda və Qəzza müharibəsinin başlamasında Netanyahunun kabinetini günahlandırırlar.”

Bu Qərb mediası yazıb: “Netanyahu indi məhkəmə dəyişiklikləri qanun layihəsini təklif edərək “İsrailin” qütbləşməsinə və bununla da bu rejim ordusunun döyüş gücünü zəiflətməsinə görə günahkardır.”

Netanyahunun kabinetinin mübahisəli hərəkətlərindən sonra sionist rejimdə siyasi ixtilaf kəskinləşib. Belə ki, Qəzza müharibəsi də bu rejim liderlərini birləşdirə bilmədi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .